Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Qol.az xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda “Braqa”nın (Portuqaliya) Rikardu Horta 1-ci olub. O, Ceyms Tavernye (“Reyncers”, Şotlandiya), Mehdi Taremi (“Portu”, Portuqaliya) və Ruslan Malinovskini(“Atalanta”, İtaliya) qabaqlayıb.
Qeyd edək ki, R.Horta Avroliqanın 1/16 finalında “Şerif”lə” matçda (2:0) 1 qol vurub, 1 qolun ötürməsini verib.