Avroliqada həftənin ən yaxşı oyunçusu

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda “Braqa”nın (Portuqaliya) Rikardu Horta 1-ci olub. O, Ceyms Tavernye (“Reyncers”, Şotlandiya),  Mehdi Taremi (“Portu”, Portuqaliya) və Ruslan Malinovskini(“Atalanta”, İtaliya) qabaqlayıb.

 

 

Qeyd edək ki, R.Horta Avroliqanın 1/16 finalında “Şerif”lə” matçda (2:0) 1 qol vurub, 1 qolun ötürməsini verib.

Share: