Ukraynanın əlindəki “Javelin” tank əleyhinə silahların sayı bəzi NATO ölkələrindən çoxdur.
Millətin Səsi.az xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının iclasında çıxış edən Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
Ukraynanın silahlanmasının “inanılmaz” olduğunu ifadə edən Şovqu, “Bu silahların müdafiə silahı olduğunu söylədilər, Javelinləri müdafiə silahı kimi görməkdə çətinlik çəkirəm”, deyib.
Javelin nədir?
ABŞ ordusu və 20 ölkə tərəfindən istifadə edilən bu sistem “atəş və unut” prinsipinə əsaslanan üçüncü nəsil silah kimi müəyyən edilir. 4000 metr effektiv atəş məsafəsi və 600-750 millimetr zireh parçalamaq qabiliyyətinə malik bu silahlar çiyin üzərində və ya taktiki maşınlarda istifadə oluna bilər.
Javelin raketləri ilk dəfə İraqın işğalı zamanı İraqın T-72 tanklarına qarşı istifadə edilib və müharibə zamanı tankların məhv edilməsində uğurlu olub. Ukraynanın ən müasir modellərə sahib olub-olmadığı barədə kifayət qədər məlumat yoxdur. Bununla belə, qeyd edilir ki, ordunun son vaxtlar bu sistemi yeniləmək cəhdləri mühüm istinad nöqtəsi olub.
Ukraynanın bu silahın ən müasir modellərə sahib olub-olmadığı barədə kifayət qədər məlumat yoxdur. Bununla belə, qeyd edilir ki, ordunun son vaxtlar bu sistemi yeniləmək cəhdləri mühüm istinad nöqtəsi olub.
Javelinin ən yeni modelində hücum məsafəsinin iki dəfə artırıldığı, sensor həssaslığının artırıldığı və hərəkətdə olarkən hücum qabiliyyətini yaxşılaşdırmaq üçün “sürətli kilid” əlavə edildiyi ifadə edilir. Ukraynanın şərqi əsasən düzənliklərdən ibarət olduğu halda, qərbi dağlıq quruluşa malikdir. Silahın maksimum səviyyədə təsirli olması üçün dağlıq bölgələrin daha əlverişli olduğu bildirilir. Bu baxımdan, Ukraynanın şərqindəki relyefin Javelinlərin hücumlarında gizlənməyi çətinləşdirəcəyi və buna görə də Rusiya mexanikləşdirilmiş briqadalarının irəliləyişini dayandırmaqda kifayət qədər təsirli olmayacağı düşünülür.