Evdə pişik saxlamağı bir çoxumuz sevirik. Amma onların nə qədər hərəkətli və demək olar ki, evdəki hər şeyi gəmirməyi, yeməyi xoşladıqlarını da bilirik. Bəzən isə bu vərdiş onların, xəstələnməsinə, allergiyaya səbəb olur.
Milletinsesi.az lent.az-a istinadən pişik saxlanılan evdən uzaq tutmalı olduğunuz şeylər barədə məlumat verir.
Kofein
Kofein sadəcə qəhvədə yoxdur. Qəhvədən başqa çay, qazlı su, enerji içkiləri, ağırlıq qaldıran şəxslərin istifadə etdiyi qida əlavəsi, bəzi reseptsiz satılan dərmanlar (məsələn kofein həbləri) və pəhriz dərmanlarında kofein ola bilər. Baytar Lynn Buzhardt, pişiklərin az miqdarda belə kofein udmasının ürəklərində aritmi, qan təzyiqində artış və orqanlarında zədəyə yol aça biləcəyini bildirir. Bir də kofein pişiklərdə pankreatit narahatlığı (pankreasın iltihablanması) ortaya çıxara bilir.
Üzüm və quru üzüm
Byatar Mary Fuller üzüm, quru üzüm, quş üzümünün, hətta üzüm suyunun belə, pişiklər üçün zərərli olduğunu söyləyir. Fullerə görə, azacıq bir miqdar belə böyrək çatışmazlığına səbəb ola bilər. Bu üzdən üzüm pişiklərdən uzaq tutulmalıdır.
Liliya və zanbaq
Baytar Kerry Marshalla bildirir ki, liliya və zanbaq gülü, pişiyiniz üçün ən zərərli və yayğın toksiki problemlərə səbəb olur. Zanbaq bitkisinin beten qismlərinin, saxlandığı vaza və suya qədər hər bir şeyin pişiklər üçün zəhərli olduğu deyilir. Liliya isə pişiklərin yemək borusunda və mədəsində toxuma aşınmasına səbəb ola biləcəyindən pişiyinizdən uzaq tutun
Şokolad
Bütün növ şokoladlar pişiklər üçün zəhərlidir. Kakao çəyirdəyi və tozu da eyni şəkildə. Şokoladlı bişmiş qidaları və məhsulları da pişiyinizdən uzaq tutmalısınız. Çox az miqdarda belə pişiyinizin yeməsi onu xəstə edə bilir, hətta həyatını riskə ata bilər. Pişiyiniz şokolad yalaya bilər, hətta bundan xoşlana bilər amma siz yenə də dostunuzu şokoladdan uzaq tutun.
Soğan və sarımsaq
Soğan və sarımsaq da pişiyiniz üçün zərərlidir. Bu qidalar pişiklərin qırmızı qan hüceyrələrinə zərər verir və qastroenterit (mədə bulantısı, qarın ağrısı, ishal, qusma, ağızda aşınma) təsirlərə səbəb olur. Bu tərəvəzlərlə yemək hazırlayarkən, ya da istifadə edərkən mütləq pişiyinizi uzaq tutun. Hər zaman bağlı yerdə saxlayın. Pişiklər zibil qutularına da maraq göstərdiyindən zibilin içərisində də bu qidaları saxlamayın.