Peskov təkzib edir, Ukrayna isə…

İki ölkə Rusiya ilə Ukrayna arasında fevralın 24-dən 18 gündür davam edən müharibə ilə bağlı danışıqları davam etdirir.

Millətin Səsi.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskovun danışıqların dördüncü raundu ilə bağlı bəyanatından dərhal sonra Ukrayna tərəfi görüşün sabah keçiriləcəyini, lakin onlayn danışıqların hər gün fasiləsiz davam etdiyini bildirib.

Mövzu ilə bağlı açıqlama verən Ukrayna Prezident Aparatı  rəhbərinin müşaviri Mixaylo Podolyak “Bir daha deyirəm. Videokonfransla bağlı danışıqlar hər gün fasiləsiz davam edir. Qruplar daim işləyir. Problemlərin çoxluğu  vaxt aparır. Yenidən danışıqlar bazar ertəsi, martın 14-də baş tutacaq”, o bildirib.

Qeyd edək ki, Peskov danışıqların davam etdiyini təkzib edib.

Share: