Rus ordusu bu yaşayış məntəqələrini ələ keçirdi

Rusiya Silahlı Qüvvələri geniş cəbhədə hücumu davam etdirərək Novoandreyevka, Kirilovka yaşayış məntəqələri üzərində nəzarəti təmin edib.

Millətin Səsi.az  xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.

“Gün ərzində irəliləmə 12 kilometr olub. “Lxr” “qoşunları” da Molodejno və Vozqorye yaşayış məntəqələrini nəzarətə götürərək Popasnaya qəsəbəsinin cənub və mərkəzi hissələrini ələ keçirib. ”Lxr” milisləri də Severodonetsk şəhərinin ətrafına çatıb”, – Konaşenkov qeyd edib.

Share: