Erməni hərbçilər postu atıb İrəvana qaçıb: Qarabağda SENSASİYALI QALMAQAL

“Qarabağda erməni separatçılarına dəstək verən könüllülərdən ibarət tabor döyüş mövqeyini ataraq İrəvana qaçıb”
Bu iddianı erməni döyüşçü Aşot Vardanyan bildirib.
Birinci Qarabağ və 44 günlük müharibənin iştirakçısı olan polkovnik Aşot Vardanyan bildirib ki, Xocavənd istiqamətində postlarda olan İrəvandan gələn könüllərin bir taboru döyüş mövqeyini ataraq qaçıblar.
“Martın 5-dən sonra bu ərazini qoruyan taborla və onun komandiri David Mirzoyanla əlaqələrimiz itib. İndi aydın olur ki, onlar İrəvana qaçıblar. Özlərini “Arsax fədailəri” adlandıranlar postları ataraq tülkü kimi qaçıblar. David Mirzoyan ermənilərin ən yaxşı döyüşçülərindən biri olub. Amma bu gün onlar öz postlarını ataraq təqribən 200 nəfərlə birlikdə İrəvana qaçıblar. Bilirəm onların təminat problemi olmayıb. Amma müəyyən çətinliklər olduğundan onlar 2021-ci ilin dekabrından maaş ala bilməyiblər. Bu postu atıb qaçmağa səbəb ola bilməz “- Aşot Vardanyan bildirib.
Qeyd edək ki, Xocavənd istiqamətində postan qaçan könüllər ASALA terror təşkilatına bağlı olan “Arsax fədailəri” dəstəsinin üzvləridir. Bu dəstənin başçısı yaradıcısı isə erməni terroçusu Jilbert Minasyandır. 1984-cü ildə Ermənistanın ASALA terror təşkilatının əməliyyatlarında fəaliyyət göstərdiyinə görə təqsirləndirilərək Fransada ömürlük həbs cəzası alan və həbsdən qaçmağı bacaran Jilbert Minasyan Birinci Qarabağ və 44 günlük müharibənin iştirakçısı olub.
Share: