Tramp Baydeni tənqid etdi: “O, amerikalıları tələyə salır”

“Biz bataqlığı qurutmağa davam etməliyik, bunun çoxunu etdik, lakin bataqlıq hamının inandığından daha dərindir. Baydenin bütün zəifliyinə, qorxaqlığına və səriştəsizliyinə baxmayaraq, Baydenin Ukraynadakı bu faciəni daha tez  bitirməsi üçün hələ də bir yol var. O, amerikalıları dəhşətli tələyə salır. Bu, çox qanlı müharibəyə- III Dünya Müharibəsinə səbəb ola bilər”.

Millətin Səsi.az xəbər verir ki  bu  sözləri

2024-cü il seçkiləri üçün hazırlıqlara başlayan ABŞ-ın keçmiş Prezidenti  Tramp Cənubi Kaliforniyada keçirilən mitinqdə çıxış edərkən deyib.

Keçmiş Amerika prezidenti Bayden administrasiyasının Rusiya-Ukrayna müharibəsi ilə bağlı atdığı addımları tənqid edib:

“Bu, III Dünya Müharibəsinə gətirib çıxara bilər. Əgər Putinin dayanacağını düşünürsənsə, vəziyyət daha da pisləşə bilər. Amerikanın iki yolu var; sülh danışıqlarına başlamaq və Rusiyadan enerji asılılığını aradan qaldıraraq, sərt sanksiyaları davam etdirmək”.

Share: