Zelenski- NATO bizə ya “hə”,ya da “yox” desin

NATO Ukraynanı üzvlüyünə qəbul etsəydi, Rusiya bu qədər əraziləri  işğal etməzdi.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vlodomir Zelenski deyib.

O bildirib:

“Əgər biz NATO üzvü olsaydıq, müharibə başlamazdı. Mən ölkəm üçün, xalqım üçün təhlükəsizlik zəmanəti almaq istərdim. Əgər NATO üzvləri bizi Alyansda görməyə hazırdırsa, dərhal qəbul edin, çünki insanlar hər gün ölür”

Zelenski alyans rəhbərliyindən etdiyi xahişi də paylaşıb:

“Ondan xahiş etdim ki, NATO-nun Ukraynanı bir, iki və ya beş ildən sonra qəbul edəcəyini birbaşa dilə gətirsin və ya sadəcə olaraq açıq şəkildə “yox” desin”.

Share: