Abşeronda ev yandı

Abşeron rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Millətin Səsi.az-a verilən məlumata görə, rayonun Hökməli qəsəbəsində ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Share: