Sizin 20 mindən çox tankınız var və biz sizdən onların bir faizini vermənizi və ya satmanızı xahiş etdik, lakin dəqiq cavab almadıq.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Brüsseldə keçirilən Zirvə toplantısı ilə bağlı müraciətində deyib.
O bildirib: “Müharibədə kömək çağırışlarına cavab almamaq dəhşətli bir şeydir. Biz sadəcə yaşamaq istəyirik”.
Hər kəsin Ukrayna ordusunun standartlarını gördüyünü ifadə edən Zelenski, “Bu səhər bizi fosfor bombası ilə vurdular. Uşaqlar və böyüklər öldü. NATO bizə istədiyimiz silahları versə, bizi Rusiyanın işğalından qoruya bilər. NATO Rusiyanın Ukrayna ilə məhdudlaşmayacağını bilir və Rusiyanın hücumundan qorxur. Ruslar Baltikyanı ölkələrə, Polşaya qədər gedəcəklər. Düzünü desəm, Budapeşt memorandumu bizim torpaqlarımızda işləmirdi. Dəstəyinizə görə minnətdarıq. Əlinizdə olan təyyarə və tankların bir faizini bizə verə bilərsiniz. Bu silahlar əlimizdə olanda sizə və bizə yüz faiz təhlükəsizlik zəmanəti verəcəklər. Belə müqavimətdən sonra heç vaxt bizə deməyin ki, ordumuz NATO standartlarına uyğun deyil. Standartlarımızın nə olduğunu göstərdik. NATO həm də insanların təhlükəsizliyi üçün nə edə biləcəyini göstərə bilər. Ukrayna konkret addımlar, konkret təhlükəsizlik zəmanəti gözləyir. Şərtlərimiz artıq masadadır. Bizə dəstək olanlara təşəkkür edirik”.
O, çıxışını “Yaşasın Ukrayna” sözləri ilə yekunlaşdırıb.