Ingiltərə Lavrovun qızının da aktivlərini dondurdu

NATO-nun Brüsseldə keçirilən sammitində Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı elan edilməsi gözlənilən yeni sanksiyalardan birincisi Böyük Britaniyadan gəlib.

Millətin Səsi.az xəbər verir ki, İngiltərə Rusiyaya qarşı 65 yeni sanksiya elan edib. İngiltərədəki aktivləri dondurulan şəxslər arasında sürpriz adlar var.

Sanksiyaya məruz qalanlar arasında milyarder “neft maqnatı” Yevgeni Şvidler, “Tinkoff” bankının təsisçisi Oleq Tinkov, Rusiyanın ən böyük bankı “Sberbank”ın baş direktoru Herman Qref və xarici işlər naziri Lavrovun ögey qızı Polina Kovaleva da var.

Share: