Ermənistanın mart ayında Rusiyaya ixracı 30% azalıb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan deyib.
Kerobyan bundan “narahat” olduğunu, xarici şirkətlərin getməsindən sonra Rusiyaya ixracın artacağına ümid etdiyini bildirib.
Buna baxmayaraq, o, Ermənistanın “digər istiqamətlərdə” ixracının artdığını da dilə gətirib.
Maraqlıdır ki, məhz mart ayında Ermənistanın Rusiyaya ixracının 30 faiz azalması, digər istiqamətlərdə isə artmasının “iqtisadi səbəbi” izah edilməyib. Ancaq bu qərarın Rusiyaya tətbiq edilən sanksiyalara Ermənistanın dolayı yolla qoşulduğu haqda təəssürat yaranır.