ABŞ hərbi xərcləri artıracaq

ABŞ Prezidenti Cozef Baden  gələn ül üçün müdafiə xərclərini 813,3 milyard dollara qaldırmaq istəyir.

Millətin Səsi.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Qeyd edilib ki, Bayden 2023-cü il büdcə müraciətini həftənin birinci günü etmək niyyətindədir.

Vəsaitin 773 milyardı birbaşa Pentaqona ayrılacaq.

Qeyd edək ki, 2022-ci il üçün müdafiə xərclərinə 753 milyard ayrılsa da, yekunda bu rəqəm 782 milyarda qaldırılıb.

Share: