Şamaxı Astrofizika Rəsədxanası Yeni ayın görünməsi ilə bağlı rəsmi açıqlama yayıb.
Rəsədxanadan “Report”a daxil olan məlumata görə, Yeni ay iyunun 3-də 14:03 dəqiqədə (Bakı vaxtı ilə) təzələnib:
“Təzələnmiş ayın Hilalının görünməsi yalnız Ekvatora yaxın ölkələrdə 14-16 saatdan sonra mümkün olur.
Ekvatordan uzaq olan ölkələrdə isə 18-20 saatdan sonra təzələnmiş ayın Hilalını gözlə görmək mümkün olar. Odur ki, Azərbaycan Respublikasının üfüqündə Şəvval ayının Hilalı bu gün (axşam saatlarında 20:20 / 21:06 ərəfəsində) gözlə görünəcək“.