Lopeteqi rəsmən “Sevilya”da

İspaniya millisinin sabiq çalışdırıcısı Xulen Lopeteqinin “Sevilya”ya baş məşqçi təyinatı rəsmiləşib.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. İspaniyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, bu vəzifədə Xoakin Kaparrosu əvəzləyib.

Qeyd edək ki, Lopeteqinin son klubu “Real” olub. O, ötən ilin yayından oktyabr ayına kimi “kral klubu”na başçılıq edib.

Share: