“Neftçi”də yeni məşqçi təyinatları

“Neftçi” Futbol Akademiyasında yeni məşqçi təyinatları olub.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 2019/2020-ci illər mövsümündə akademiyada 9 yaş qrupu üzrə komandalarda çalışacaq məşqçilər müəyyənləşib.

Onların siyahısını təqdim edirik.

U-19: Baş məşqçi Fərrux İsmayılov

U-16: Baş məşqçi Eldəniz Məmmədov

U-15: Baş məşqçi Vaqif Əliyev

U-14: Baş məşqçi İlyas Qurbanov

U-13: Baş məşqçi Emin Salmanov

U-13 (qızlar): Baş məşqçi İbrahim Məmmədov

U-12: Baş məşqçi Vasif Əliyev

U-11: Baş məşqçi İslam Kərimov

U-10: Baş məşqçi Elgiz Kərəmli

U-17 komandasının məşqçiləri hələ dəqiqləşməyib. Ötən mövsüm U-19-un baş məşqçisi olmuş Müşfiq Qənbərov və U-16-nı çalışdırmış Mirbağır İsayevlə müqaviləyə isə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Share: