“Şərq” əməliyyat cəbhəsindəki döyüşlər nəticəsində işğalçılar böyük itkilər verir.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
“Düşmən ciddi itki verməyə davam edir. Aprelin 20-də Novoaydardakı xəstəxanaya Rusiya ordusunun 220-yə yaxın yaralı hərbçisi yerləşdirilib. İşğalçıların 50-dən çox hərbçisi isə ölüb. Bundan əlavə, Kuraxovski istiqamətində Cənub Hərb Dairəsinin 58-ci Əlahiddə Ümumqoşun Ordusunun 136-cı əlahiddə motoatıcı briqadasının batalyon taktiki qrupu 250 nəfərə yaxın itki verib və 10 ədəd texnika itirib”, – məlumatda qeyd olunub.