İrəvan yenidən qarışdı: müxalifət küçələri bağladı

Ermənistanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət növbəti dəfə İrəvanda küçələri bağlayıb.

Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, Kiyevyan küçəsi yük maşınları vasitəsilə bağlanıb. Bundan başqa etirazçılar Baqramyan prospektinə girişi bağlayıblar.

Share: