Mayın 20-si gecə saatlarından başlayaraq Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.
Milletinsesi.az xəbər verir ki, rayonun ucqar Xınalıq kənd sakinləri bildiriblər ki, yaşayış məntəqəsində qarın hündürlüyü 10 santimetrdən çoxdur. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur aşağı düşüb.