[ad_1]
Ukrayna vətəndaşlığı almaq istəyən şəxslər üçün imtahan keçirilə bilər.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski deyib.
O bildirib ki, bu məsələnin qanunvericiliklə dəyişdirilməsi hökumətin və Ali Radanın səlahiyyətidir:
“Ukrayna vətəndaşlığının qəbulu üçün məcburi imtahanın tətbiqi məsələsi qanunvericilik yolu ilə həll olunmalıdır. Ona görə də mən Ukraynanın Baş naziri Şmıqala elektron ərizədə qaldırılan məsələnin hərtərəfli işlənməsi üçün müraciət etmişəm”.
Qeyd edək ki, vətəndaşlıq imtahanları bütün dünya təcrübəsində – Estoniya, Litva, Latviya, Polşa, Almaniya, ABŞ və digər ölkələrdə var. Tələblər isə ölkəyə görə dəyişir. Namizədlərə ölkənin dilini, tarixini və konstitusiyasını bilmək, habelə dövlət himnini öyrənməklə bağlı test imtahanı vermələri təklif olunur.
[ad_2]