“Başqa yolumuz yoxdur”

Istəyirəm yenidən dünya çempionatının final mərhələsinə yüksələk. Bacarmaq üçün əlimizdən gələni edəcəyik. İşimiz çoxdur, yaxşı hazırlıq keçməliyik.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri  Dünya çempionatının əsas mərhələsindəki rəqiblərimiz haqda danışan Azərbaycan millisinin müdafiəçisi Eduardo Borges  Futzal Federasiyasının saytına açıqlamasında deyib:

“Həmişəki kimi, bizi gərgin mübarizə gözləyir. Çətin olacaq. Polşaya qarşı oynamamışam. Onların gücü haqda bir söz deyə bilmərəm. Amma onlarla müqayisədə Yunanıstan nisbətən zəifdir. Əlbəttə, hər oyunun öz məsuliyyəti, gedişatı var. Bizim üçün hər bir görüş finala bərabər olacaq. Komandanın hər zamankı kimi bir məqsədi var: əsas mərhələni birinci pillədə başa vurmaq və elit-raunda yüksəlmək. Başqa yolumuz da yoxdur. Növbəti mərhələ haqda isə işimizin öhdəsindən gəldikdən və oradakı rəqiblərimiz müəyyənləşdikdən sonra danışmaq olar”.

 

Qeryd edək ki, iyulun 7-də keçirilmiş püşkatmanın nəticəsinə uyğun olaraq Azərbaycan millisi 6-cı qrupda Polşa və Yunanıstanla qarşılaşacaq. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri elit-raunda birbaşa vəsiqə qazanacaq.

Share: