Türkiyədə meşə yanğınlarında 19 nəfər xəsarət alıb

Türkiyənin Datça kurort bölgəsində meşə yanğını davam edir. İndiyədək 19 nəfər xəsarət alıb. 9 nəfərin müalicə alır, 9 nəfər evə buraxılıb, 1 nəfərin müalicəyə ehtiyacı olmayıb. 18 təcili yardım maşınında 84 tibb işçimiz növbə çəkir.

Milletinsesi.az xəbər verir ki, bu sözləri Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca Tvitter hesabında yazıb.

O qeyd edib ki, güclü külək yanğının söndürülməsinə mane olur. Yanğının söndürülməsinə 10-dan çox təyyarə və helikopter cəlb olunub.

Share: