Putin “qaz” siahını işə saldı

Vladimir Putin Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qarşı “qaz” siahını işə saldı.

Millətin Səsi.az xəbər verir ki, Rusiyanın dövlət şirkəti “Qazprom” iyulun 27-sində “Şimal axını-1” qaz kəməri ilə Almaniyaya daşınan qazın 20 faizinin vurulacağını açıqlayıb.

Rusiyanın bu qərarı Avropa İttifaqı (Aİ) ölkələrini təşvişə salsa da, Rusiyadakı enerji ekspertləri yumoristik şəkildə “Moskva bundan sonra Ukrayna böhranı həll olunana qədər Avropaya ancaq alışqan doldurmaq üçün kifayət qədər qaz verəcək” deməyə başladılar.

Qeyd edək ki, Rusiyanın təbii qaz silahından istifadəsinin bütün Aİ ölkələrində, xüsusən də Almaniya iqtisadiyyatında ciddi iqtisadi tənəzzülə səbəb olacağı təxmin edilir.

Share: