Zelenski Britaniyaya sanksiyalar siyahısını genişləndirdiyinə görə minnətdarlıq edib

Prezident Volodimir Zelenski Ukraynadakı müharibədə iştirakı səbəbindən Rusiya vətəndaşlarına və müəssisələrinə qarşı sanksiyalar siyahısını genişləndirdiyinə görə Böyük Britaniyaya təşəkkür edib.

“Report” bu barədə “İnterfaks-Ukraina”ya istinadən xəbər verir.

“Bu gün məlum oldu ki, Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirərək ora onlarla insan və təşkilatı əlavə edib. Bu, düzgün tendensiyadır. Sanksiya məsələlərində sarsılmaz qətiyyətinə görə Böyük Britaniyaya minnətdaram. Bu, Qərb ictimaiyyətində hər kəsə miras qalan bir nümunədir”, – Zelenski videomüraciətində bildirib.

Share: