Bu gün Laçında həlak olan 19 yaşlı Samirin FOTOSU

 

Xəbər verdiyimiz kimi, avqustun 5-i Laçın rayonunda xidməti döyüş tapşırığını yerinə yetirən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xudiyev Samir Səməd oğlu həlak olub. Müdafiə Nazirliyindən bildirilib ki, üzərinə sıldırım qayalıqlardan qopan qaya parçası düşən 2003-cü il təvəllüdlü hərbçimiz hadisə yerində həlak olub.

Milletinsesi .az unikal-a istinadən xəbər verir ki, əslən Füzuli rayonundan olan S.Xudiyev Bakının Ramana qəsəbəsində yaşayıb.Sözügedən hərbçimizin fotosunu təqdim edirik:

Mənbə

Share: