Həlak olan əsgərlərimizə şəhid statusu veriləcək

Azərbaycan Ordusunun Laçın rayonunda həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğluna şəhid statusu veriləcək.

Milletinsesi .az xəbər verir ki, qanunvericiliyə əsasən hərbi qulluqçu xidməti vəzifəsini icra edəkən həlak olarsa ona qanunla müəyyən olunmuş qaydada şəhid statusu verilir.

Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Əsgər Tahir Əliyev isə müxtəlif bədən xəsarətləri almışdı. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Mənbə

Share: