Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları bu gün növbəti oyunlarını keçirəcək.
IX turda kişi şahmatçılar Hindistanın 2-ci komandası ilə, qadınlardan ibarət yığma isə Monqolustanla görüşəcək.
Qarşılaşmalar Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Ümumdünya Şahmat Olimpiadası
IX tur
Kişilər
Hindistan-2 – Azərbaycan
Qukeş Dommaracu – Şəhriyar Məmmədyarov
Nixal Sarin – Rauf Məmmədov
Rameşbabu Praqqnanandha – Vasif Durarbəyli
Raunak Sadvani – Nicat Abbasov
Qadınlar
Azərbaycan – Monqolustan
Günay Məmmədzadə – Enhtul Altan-Ulzi
Xanım Balacayeva – Bayarjarqal Bayarmaa
Gövhər Beydullayeva – Turmunk Munheul
Gülnar Məmmədova – Bat-Erdene Munquneul
Qeyd edək ki, hazırda kişilərdən ibarət milli komanda 13 xalla 6-cı, qadın şahmatçılar isə 12 xalla 8-ci pillədə qərarlaşıb.