Tovuzda çayxanada yanğın oldu

 

Tovuz rayonunun Abulbəyli kəndində ümumi sahəsi 80 m² olan taxta konstruksiyadan ibarət çayxana və içərisindəki əşyalar yanıb.

Millətin Səsi.az  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Share: