“Qarabağ” inanılmaz dərəcədə yüksək keyfiyyətli komandadır”.
“Report”un məlumatına görə, bunu Çexiyanın “Viktoriya” (Plzen) komandasının qapıçısı Yindrjix Stanek Bakıda “Qarabağ”la qolsuz heç-heçə etdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra deyib.
Qolkiper doğma meydanda qələbə qazanacaqlarına inandığını bildirib: “Bakıda çox işim olacağını gözləyirdim. Artıq rəqibin tempinə öyrəşdim. Cavab görüşünü öz meydanımızda keçirəcəyik. Evdə oynamaq hissi həmişə daha yaxşıdır. Çempionlar Liqasının qrup mərhələsinə yüksələcəyimizə inanıram”.
Qeyd edək ki, avqustun 23-də Plzendəki “Dusan Arena”da oynanılacaq cavab matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.