Rusiyanın daha 200 əsgəri məhv edilib

 

Ukraynada gedən döyüşlərdə Rusiyanın daha 200 əsgəri məhv edilib. Bununla da fevralın 24-dən avqustun 18-dək Ukrayna ordusu tərəfindən zərərsizləşdirilən Rusiya hərbçilərinin sayı 44 min 300-ə çatıb.

Millətin Səsi.az  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində məlumat yayıb. Döyüşlərdə Rusiyanın bir çox hərbi texnikaları da sıradan çıxarılıb.

Rusiya ordusunun itkiləri aşağıdakı kimidir:

Tanklar – 1889 (+3) ədəd;

Zirehli döyüş maşınları – 4179 (+17);

Artilleriya sistemləri – 1010 (+17);

MLRS – 265 (+2);

Hava hücumundan müdafiə sistemləri – 136 (+0);

Təyyarə – 234 (+1);

Helikopterlər – 197 (+1);

Pilotsuz uçuş aparatları – 793 (+1);

Qanadlı raketlər – 190 (+0);

Gəmilər / qayıqlar – 15 (+0);

Nəqliyyat vasitələri və yük avtomobilləri – 3061 (+7);

Xüsusi texnika – 93 (+0);

Mənbə

Share: