Rusiyalı oliqarxın müsadirə edilən yaxtası hərraca çıxarılacaq

Cəbəllütariq hakimiyyəti Rusiyadan olan oliqarxdan müsadirə edilən “Axioma” yaxtasını hərraca çıxarmağı planlaşdırır.

Milletinsesi.az-ın məlumatına görə, bu barədə “The Guardian” qəzeti yazır.

Nəşrin məlumatına görə, yaxtanın biznesmen Dmitri Pumpyanskiyə məxsus olduğu ehtimal edilir. Hərracın avqustun 23-də keçirilməsi nəzərdə tutulub və əldə olunan vəsaitin ukraynalı qaçqınlara kömək məqsədilə köçürülməsi planlaşdırılır.

Cəbəllütariq hakimiyyəti mart ayında Pumpyanskiyə qarşı sanksiyalar tətbiq etdikdən sonra gəmini saxlayıb.

Qəzet qeyd edir ki, Amerika bankı “JP Morgan” iş adamının “Pyrene Investments” şirkətinin banka 20 milyon dollardan çox borcu olması iddiası əsasında məhkəməyə müraciət edib.

Mənbə

Share: