Moskvada ilk “antifaşist konqresi” keçirilib, Şoyqu bəyanat verib…

“Nasizmin istənilən təzahürlərinə qarşı mübarizə barışmaz və hərtərəfli olmalıdır…”

“Rəsmi Kiyev özünü qanlı Ukrayna millətçilərinin varisi və ardıcılı elan edib…”

“Vaşinqton Ukraynadan Rusiyanın antipodu yaratmaq üçün əlindən gələni edib…”

“Rusiya vətəndaşlarına Avropa İttifaqı ölkələrinə girişinin qadağan edilməsi ideyası nasist siyasətinin təzahürüdür…”

Nə qədər paradoksal olsa da, Rusiya paytaxtında “Beynəlxalq antifaşist konqresi” işə başlayıb.

O, “SSRİ-nin ikinci dünya müharibəsində faşizmin darmadağın edilməsində həlledici tövhəsi haqqında tarixi həqiqətin müdafiə edilməsi, habelə nasist ideologiyasının yayılmasının qarşısının alınması üçün platforma olmalıdır”.

Milletinsesi.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Tədbirin açılışında Rusiyanın müdafiə naziri Sergey Şoyqu çıxış edərək, məlumat verib ki, “nasizmin istənilən təzahürü ilə mübarizə barışmaz və hərtərəfli olmalıdır”.

“Nasizmin reabilitasiyası və yayılması cəhdləri, nasist cinayətkarların və onların əlaltılarının qəhrəmanlaşdırılması qeyri-legitimdir və öz mahiyyətinə görə əxlaqsızlıqdır. Bunlar dünyanı açıq və hüquqi cəhətdən müəyyən edilən şərdən xilas edənlərin təhqir edilməsidir”, – o, bəyan edib.

Şoyqu həmçinin qeyd edib ki:

– rəsmi Kiyev özünü açıq şəkildə qanlı Ukrayna millətçilərinin varisi və ardıcılı elan edib;

– SSRİ-nin süqutundan sonra Vaşinqton Ukraynadan Rusiyanın antipodunu yaratmaq üçün əlindən gələni edib;

–  Rusiyanın bütün vətəndaşlarının Avropa İttifaqı ölkələrinə girişinin qadağan edilməsi ideyası nasist siyasətinin təzahürüdür;

– Estoniya və Latviyada nasist hərbi cinayətkarlara heykəllər qoyulur, CC legionerlərinin yürüşləri ənənəvi xarakter alıb;

– Donbas sakinləri Ukraynanın hakim rejiminin nasist meyllərinə uymayıb;

– “Xüsusi hərbi əməliyyat”ın keçirilməsi barədə qərar Kiyev tərəfindən Rusiyanın təhlükəsizliyinə yaratdığı təhlükələrlə bağlı qəbul edilib.

Sonda Şoyqu əmin olduğunu bildirib ki, “Beynəlxalq antifaşist konqresi” “müxtəlif ölkələrin bu radikal ideologiyanın adadan qaldırılmasında səylərinin birləşdirilməsi yolunda mühüm addım olacaq”.

Mənbə

Share: