Fələstin dövlətinin prezidenti Mahmud Abbas Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya üç günlük səfər edəcək.
Milletinsesi.az xəbər verir ki, bu barədə WAFA agentliyi Fələstinin Ankaradakı səfiri Fayed Mustafaya istinadən məlumat yayıb.
Bildirilir ki, Abbas və Ərdoğan rəsmi görüş keçirəcəklər. Görüşdə Fələstin-Türkiyə münasibətləri müzakirə olunacaq.
Akif İsmayılov