Kürdəmirdə yol qəzasında 2 qardaş xəsarət alıb

 

Kürdəmirdə baş verən yol qəzasında xəsarət alanların kimliyi bəlli olub.

Milletinsesi.az-ın Yuxarı Şirvan bürosu xəbər verir ki, bunlar Ağsu rayon Ərəbmehdibəy kənd sakinləri, 2 qardaş – Osmanov Elçin Qinyaz oğlu və Osmanov Qiyas Qinyaz oğludur.

Qeyd edək ki, hadisə  Qarasaqqalı kəndində baş verib. “VAZ-2107” markalı avtomaşın hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobilin sürücüsü və sərnişin müxtəlif xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə

Share: