Azərbaycanın FIFA referiləri Çempionlar Liqasına təyinat alıb

Azərbaycanın FIFA referiləri Çempionlar Liqasına təyinat alıb

Azərbaycanın futzal üzrə iki FIFA referisi UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsinin oyunlarına təyinatlar alıb.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Hikmət Qafarlı 24 – 29 avqustda İsveçrənin Bern şəhərində “Futsal Minerva” (İsveçrə), “KMF Loznica-Grad 2018” (Serbiya), “Vesteralen” (Norveç) və “S.S. Folgore” (San Marino) komandalarının yer aldığı D qrupunun görüşlərini idarə edəcək.

Knyaz Əmiraslanov isə “Stuttgarter Futsal Club 2020” (Almaniya), “Georgians” (Gürcüstan), “Örebro SK Futsalklubb” (İsveç) və “İstanbul Şişli SK” (Beşiktaş) komandalarının mübarizə aparacağı F qrupunun matçlarında iş başında olacaq. Bu qrupun qarşılaşmaları 23 – 28 avqustda Almaniyada gerçəkləşəcək.

Mənbə

Share: