DİN: Həftəsonu 99 nəfər saxlanılıb

Avqustun 20-də və 21-də ölkə ərazisində qeydə alınan 112, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Millətin Səsi.az- bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 52, o cümlədən borclu şəxs qismində axtarılan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. Narkotiklərlə əlaqəli 59 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 99 nəfər saxlanılıb.

 

Share: