Baydendən sürpriz – Hamının 10 min dollar borcu silinəcək

ABŞ prezidenti Co Bayden bildirib ki, onun administrasiyası federal tələbə borcları olan milyonlarla amerikalının hər biri üçün borcun 10 min dollara qədər məbləğini, eləcə də gəlirləri aşağı olan borcluların hər birinin borcunun daha 10 min dollarını siləcək.

 

Modern.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

 

Bildirilib ki, belə olan halda aylıq ödənişlərdə fasilə müddəti uzadılacaq.

 

Baydenin planına əsasən, illik gəliri 125 min dollardan az olan hər vətəndaş və ya illik qazancı 250 min dollardan az olan ər-arvad 10 min dollara qədər kreditin bağışlanması hüququ əldə edəcək. Məlumata görə, maliyyə ehtiyacları daha çox olan tələbələrə verilən Pell qrantlarını alanlar daha 10 min dollar yardım almaq hüququ qazanacaqlar.

 

Hazırda ali məktəblərdə oxuyan tələbələr də borcun silinməsi hüququ əldə edəcəklər. ABŞ-ın Təhsil Nazirliyi bəyan edib ki, 8 milyona yaxın şəxsin borcları avtomatik silinəcək, qalan borcalanlar yardım üçün müraciət etməli olacaqlar. 

Mənbə

Share: