NATO Ukrayna Silahlı Qüvvələrinin Xerson və Xarkov yaxınlığında bəzi uğurlar qazandığını görür, lakin uzunmüddətli müharibəyə hazırlaşmaq lazımdır və Ukrayna hərbçiləri on minlərlə dəst qış geyimi ilə təmin edilməlidir.
Milletinsesi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
“Aldanmamaq və uzunmüddətli müharibəyə hazırlaşmaq vacibdir. Ukrayna ordusunun sayı artıb və onun qışa hazırlığını təmin etmək lazımdır”, – deyə baş katib qeyd edib.
Stoltenberq deyib ki, NATO Ukraynadakı müharibəni öz təhlükəsizliyinin təmin edilməsi elementi hesab etdiyindən alyans ölkələri Kiyevə silah tədarükünü hətta öz müdafiə imkanlarına ziyan vurmaqla artırmalıdır. O, həmçinin bildirib ki, Şimali Atlantika Alyansı şərq sərhədində yeni qüvvələr yerləşdirir.