“Rusiya dərhal İzyumu xilas etmək üçün yeni qüvvələr göndərdi, baxmayaraq ki, ekspertlər bunun ruslara kömək edəcəyinə şübhə ilə yanaşırlar”.
Modern.az xəbər verir ki, bunu Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşili deyib.
“Növbəti hədəflərdən biri separatçı Dnepr anklavı Moldovadır. Orada yerləşdirilən dördüncü rus ordusu uzun müddətdir ki, Rusiyadan təchiz edilmir. Onun əsgərləri qaçılmaz hücumdan qorxaraq müqaviləni uzatmaqdan kütləvi şəkildə imtina edirlər. Dneperin tutulması Ukrayna ordusu üçün 2-3 günün işidir və bu, Moldovanın ərazi bütövlüyünü bərpa edir, Gürcüstan üçün də presedent yaradır. Dnepr əməliyyatı yəqin ki, ilin sonuna kimi həyata keçiriləcək”, – Mixail Saakaşvili qeyd edib.
Onun sözlərinə görə, Ukrayna ordusu artıq Xarkovun strateji şəhəri olan Kupyanska daxil olub:
“Kupyanskdan sonra məqsəd İzyumun azad edilməsidir ki, bu da Rusiya üçün böyük strateji əhəmiyyət kəsb edən ikinci şəhərin itirilməsi deməkdir. Rusiya İzyumu xilas etmək üçün yeni qüvvələr cəlb etdi, lakin ekspertlər bunun ruslara kömək edəcəyinə şübhə edirlər. Biz real vaxt rejimində Rusiyanın zəbt etdiyi mühüm nöqtələrin bir-birinin ardınca domino prinsipini izləyirik və burada Balakleya yalnız ilk çox vacib addım idi. Havada qələbə qoxusu var”.