Böyük Britaniya kraliçası II Elizabetin cəzanəsi Şotlandiyanın Edinburq şəhərindən sentyabrın 13-də yerli vaxtla saat 17-də paytaxt Londona gətiriləcək.
“Report” xəbər verir ki, məlumatı BBC yayıb.
Məlumata görə, kraliçanın cənazəsi sentyabrın 14-dən sentyabrın 19-u saat 06.30-dək – 4 gün Vestminister sarayına qalacaq. Monarx sentyabrın 19-da dəfn ediləcək.
Qeyd edək ki, kraliçanın cənzaəsi ilə ilk olaraq Şotlandiya sakinləri vidalaşıb.
Bildirilib ki, Belarus, Rusiya və Myanma rəhbərliyi II Elzabetin dəfn mərasimində iştirakla bağlı dəvət almayıb.