Paşinyan bir az da hakimiyyətdə qalsa Ermənistan olmayacaq

Nikol Paşinyan hakimiyyətdə qalsa, bizim varlığımız cəmi bir neçə ay çəkəcək.

Millətin Səsi.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalifətçi deputatı Anna Mkrtçyan deyib.

Onun sözlərinə görə, hakimiyyət erməni xalqını aldatmağa çalışır.

“Hökumət erməni ictimaiyyətini dezinformasiyanın sinoniminə çevrilmiş rəsmi məlumatlarla qidalandırmağa çalışır. Bundan əlavə, bizi inandırmağa çalışırlar ki, hamımız günahkarıq”,- deyə deputat baş nazir Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasının vacib olduğunu söyləyib.

Anna Mkrtçyan qeyd edib ki, Paşinyanın hakimiyyəti davam edərsə, Ermənistan bir dövlət kimi mövcud olmayacaq.

Mənbə

Share: