Yeni bufer zonaları yarana bilər – “Reuters”

“Ermənistanla Azərbaycan arasında silahlı toqquşmanın genişlənməsi Rusiya və Türkiyə kimi regional güclərin münaqişəyə cəlb olunması, neft və qaz nəqlində mühüm dəhliz sayılan, Ukrayna müharibəsinin enerji tədarükünü çətinləşdirdiyi bir dövrdə əhəmiyyəti daha da artan Cənubi Qafqazda sabitliyin pozulması riskini yaradır”. Novator.az-ın məlumatına görə, ABŞ-ın “Reuters” agentliyinin sentyabrın 12-dən Ermənistan-Azərbaycan sərhədində baş qaldırmış gərginliklə bağlı şərhində belə deyilir.

 

Qeyd olunur ki, Ermənistan-Azərbaycan müharibəsi Moskvanın bunu reallaşdırmaq imkanında olmadığı bir vaxtda bölgəyə əlavə sülhməramlı qüvvələrin yeridilməsi zərurətini də ortaya çıxara bilər.

 

Şərhdə həmçinin bildirilir ki, münaqişə ən azı Ermənistanın cənubunda yeni bufer zonalarının (təhlükəsizlik zonaları) yaranması ilə nəticələnə bilər. “Reuters” hazırda xarici oyunçuların belə zonaların yaranması prosesinin qarşısını almaqda aciz olduğunu vurğulayır.

 

Mənbə

Share: