İspaniyanın Baş naziri koronavirusa yoluxub

İspaniyanın Baş naziri Pedro Sançes bazar günü koronavirusa yoluxduğunu açıqlayıb.

 

Bu barədə Sançes tviter səhifəsində yazıb.

 

“Bu səhər mən COVID-19 üçün müsbət (test nəticəsi) aldım”, – baş nazir yazıb.

 

Bununla əlaqədar o, bazar gününə planlaşdırılan tədbirdə iştirakını ləğv edib.

 

“Mən bütün mümkün ehtiyat tədbirləri alaraq işimi davam etdirəcəm”, – hökumət başçısı bildirib.

 

 

Mənbə

Share: