Avqustun 1-dən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna əcnəbi turistlər üçün giriş haqqı 9 manat olacaq.
Milletinsesi.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “Yanardağ” qoruğuna mediatur zamanı deyib.
“Yerli turistlər üçün qiymət 2 manat olaraq qalacaq. Tələbələr isə həmişəki kimi 1 manat ödəyərək, bu qoruğu ziyarət edə biləcəklər. Məktəblilərə giriş pulsuz olacaq.
Əcnəbi turistlər üçün qiymət artımı olsa da, buraya turist səfəri təşkil etməyi nəzərdə tutan və bununla bağlı uzunmüddətli müqaviləsi olan turizm şirkətlərinə köhnə qiymətlər tətbiq ediləcək”, – F.Nağıyev bildirib.
Qeyd edək ki, hazırda əcnəbi turistlər üçün də qoruğa giriş haqqı 2 manatdır.