Dərnəgül yolunda qəza böyük tıxac yaratdı

Ziya Bünyadov prospektində, “Çermet körpüsü” kimi tanınan yol ötürücüsünün girişində qəza hadisəsi baş verib.

Milletinsesi.az xəbər verir ki, ağır tonnajlı qoşqusuz yük maşını ilə iki minik avtomobili toqquşub. Yüngül qəza nəticəsində heç bir xəsarət olmasa da, sürücülərin DYP və sığorta işçilərini gözləməsi və avtomobilləri yerindən tərpətməməsi ciddi və böyük tıxaca səbəb olub.

 

Share: