Türkiyə ordusu Suriyanın şimalında terrorçulara ağır zərbə vurub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, zərbələr nəticəsində 13 terrorçu zərərsizləşdirilib. Terrorçuların Suriyanın şimalında Fərat Qalxanı, Sülh bulağı və Zeytun budağı əməliyyat bölgələrində hücuma hazırlaşan zaman zərərsizləşdirildiyi qeyd olunur.
Nazirlik terrora və terrorçulara heç bir yerdə imkan verilməyəcəyini vurğulayıb.
Akif İsmayılov