Ərdoğan Zelenski ilə “referendum”u müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, liderlər Rusiya və Ukrayna arasında davam edən müharibəni müzakirə ediblər.

Ərdoğan əsir mübadiləsi prosesinin uğurla başa çatmasından məmnunluğunu ifad edib. Türkiyə Prezidenti bildirib ki, Ukraynanın Rusiyanın nəzarəti altında olan ərazilərində “referendum” keçirilməsi diplomatik səylərə mane olur.

Bundan əlavə, Ərdoğan müharibənin sülh yolu bitməsi üçün hər cür töhfəni verməyə hazır olduğunu diqqətə çatdırıb.

Mənbə

Share: