“Şirniyyatdan imtina sağlam həyat tərzinin qızıl qaydasıdır…”
Hansı meyvələrdə daha az şəkər var? Böyürtkəndə!.
“Şəkərin miqdarı meyvənin dadına görə deyil, qlikemik indeksi və şəkərliliyi ilə müəyyən edilir…”
“Böyürtkənin tərkibində 18 növ amin turşusu var, onların 8-i insan orqanizmi tərəfindən sintez edilmir…”
Müasir dövrdə insanlar getdikcə öz sağlamlıqlarına daha çox diqqət ayırmağa başlayıb.
Şirniyyatdan imtina sağlam həyat tərzinin qızıl qaydasına çevrilib.
Moderator.az xəbər verir ki, bu barədə Çinin “Sina.com” nəşri yazıb.
Şəkərdən həddən artıq istifadə edilməsi orqanizm və dərinin vəziyyəti üşün ziyanlıdır.
Bəzən düşünürlər ki, şirin olmayan məhsullarda şəkər azdır. Amma bu, heç də belə deyil.
Şəkərin miqdarı çox olan şirin olmayan meyvələr var. Gəlin, görək, onlardan hansı “şəkər qatili”dir, hansı meyvələrdə fruktoza və qlükozanın miqdarı həqiqətən azdır.
Bu şirin olmayan meyvələr sizi aldatmasın!
Liçi (Çin gavalısı)
Başqa meyvələrlə müqayisədə liçinin tərkibində çoxlu şəkər var, onun həcminin 20 faizi fruktoza və qlükoza təşkil edir. Üstəlik, liçi kifayət qədər kalorilidir, ona görə də çəkisinə nəzarət edənlər onu qədərində yeməlidir.
Pitayya və ya əjdaha meyvəsi
Əjdaha meyvəsi əla işlədici təsirə malikdir. Çoxları onu faydalı hesab edir, ağ ləti o qədər də şirin deyil, ona görə də insanlar yanlış olaraq onun tərkibində şəkərin az olduğunu düşünür. Əslində isə pitayya bir növ tərkibində çoxlu miqdarda karbohidrat olan qlükoza “bombasıdır”. Çoxlu qəbul edilsə, qanda şəkərin miqdarı kəskin surətdə artacaq, ona görə də diqqətli olmaq lazımdır.
Banan
Banan dadına görə orta şirinlikdədir, çoxları onun tərkibində şəkərin o qədər də çox olmadığını düşünür, əslində isə bu rəqəm 14 fazə çatır!
Yetişmiş banan yüksək qlikemik indeksə (Qİ) malikdir, onlar həm də adanlıqla həzm edilir və mənimsənilir, ona görə də böyük ehtimalla qanda şəkərin miqdarını artırır.
Hansı meyvələrdə az şəkər var?
Şəkərin və karbohidratların miqdarı haqqında, əslində, dada görə deyil, qlikemik indekslə və meyvələrin şəkərliliyilə bağlıdır.
Ümumilikdə, 100 qramlıq porsiyasında 10 qram şəkəri olan meyvələri aşağı şəkərli hesab edilir.
Bəs hansı meyvədə az şəkər var?
Sizə sirr açaq-böyürtkəndə!
Bu giləmeyvələrin Qİ-si (cəmi 25) aşağıdır, hər porsiyasında 7 qram şəkər var.
Bu rəqəmlərə rəğmən, böyürtkən turş-şirin dad verir, bu da istənilən yaşda olan adamların xoşuna gəlir.
Üstəlik, böyürtkən qida maddələri ilə zəngindir. Kalsium, natrium, selen, maqnezium, C və E vitaminləri və başqa minerallar və elementlərdən başqa, onun tərkibində çoxlu miqdarda antioksidant var.
Həmçinin, böyürtkənin tərkibində 18 növ amin turşusu var, onlardan 8-i insan orqanizmi tərəfindən sintez edilmir, ona görə də insan üçün bir növ aktiv bioloji əlavədir.
Bununla yanaşı, böyürtkən çox incədir, onu saxlamaq asan deyil. Əgər təzə meyvəsini tapa bilməsəniz, böyürtkən yoqurtunu seçə bilərsiniz.
Beləliklə, biz bəzən dadına görə meyvədə nə qədər şəkərin olduğunu müəyyən etmək mümkün olmadığını öyrəndik.
Çoxlu faydalı meyvələr yemək istəyirsinizsə, müxtəlif meyvələrin tərkibində olan şəkərin miqdarına və qlikemik indeksinə baxın, müstəqil olaraq aşağı olanı müəyyən edin.
Bu, çoxlu şəkər qəbulu məsləhət olmayanlar üçün xüsusilə vacibdir.