Dövlət Komitəsindən sinif yoldaşını döyən şagirdlə bağlı AÇIQLAMA

“Təhsil ocağında “bullinq” hadisəsinin baş verməsi təəssüf və təəccüb doğurur. Çünki şagird evdən çıxıb məktəbə dalaşmağa yox, təhsil almağa getməlidir”.

 

Modern.az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu bildirib.

 

Onun sözlərinə görə, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 112 saylı tam orta məktəbdə təhsil alan 9-cu sinif şagirdinin öz sinif yoldaşına qarşı fiziki zorakılıq tətbiq olunmasını əks etdirən video görüntü ilə əlaqədar olaraq Dövlət Komitəsinin və digər aidiyyəti qurumların əməkdaşları məktəbə səfər ediblər.

 

T.Mərdanoğlu bildirib ki, məsələnin ətraflı öyrənilməsi məqsədilə məktəblilər, onların valideynləri, eləcə də məktəb rəhbərliyi və məktəbin psixoloqu ilə ətraflı söhbətlər aparılıb.

 

“Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsinə əsasən məsələyə hüquqi qiymət veriləcək”, – o əlavə edib.

Mənbə

Share: